AZ

Şabranda stolüstü tennis üzrə idman tədbiri

Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran rayon UGİŞM-in birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi, sağlam həyat tərzinin təşviq olunması və yeniyetmələrin aktiv həyata cəlb edilməsi məqsədilə keçirilən tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, İdarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, Şabran rayon UGİŞM-in direktoru Zeynal Zeynalov, stolüstü tennis idman növü üzrə baş məşqçi-müəllim Zakir Cavadov, məşqçi-müəllimlər Tural Məmmədov, Azad Heybətov, 30 nəfər həvəskar yeniyetmə idmançı və Şabran rayon sakinləri iştirak etmişdir.

Tədbirin sonunda fərqlənən idmançılara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
35
rekord.az

10Mənbələr