ABŞ-da qarşıdan gələn prezident seçkiləri rəqabət şəraitində keçəcək və dövlət başçısı postuna namizədlər Donald Tramp və onun rəqibi Kamala Harris arasında ciddi mübarizəyə çevriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu fərziyyəni “RİA Novosti” yə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin həmsədri Ceymi Raskin bildirib.
“Düşünürəm ki, onlar rəqabətədavamlı olacaqlar. Bu, ciddi döyüş ola bilər”, – konqresmen vurğulayıb.
Həmçinin, onun fikrincə, Tramp Rusiyaya güzəştə getməklə Ukraynadakı münaqişəyə son qoymaq istəyir.