AZ

İki dəfə ayın ən yaxşı qolunu vurdu, "Kəpəz"lə müqavilə bağladı

Ötən mövsümü «Araz-Naxçıvan»da keçirən Turan Manafovun klubsuz günləri başa çatıb.

Müdafiəçi «Kəpəz»lə anlaşıb.

«Turan Tovuz» və «Şamaxı» ilə dil tapa bilməyən, «Səbail»ə isə qayıtmaq istəməyən cinah oyunçusu Gəncə təmsilçisi ilə 10 aylıq müqavilə imzalayıb.

«Sarı-göylər»in yaxın saatlarda bu transfer xəbərini açıqlaması gözlənilir.

Manafovun geridə qalan sezonda 2 dəfə ayın ən yaxşı qolunun müəllifi olmasını da xatırladaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
sportinfo.az

10Mənbələr