AZ

8 gün əvəzinə 8 ay: Kosmonavtlar Yerə qayıda bilmir

İlon Maskın "SpaceX” şirkətinin "Dragon” kosmik gəmisinin 2025-ci ilin fevralında Amerika astronavtlarını Yerə çatdıracağı gözlənilir.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə NASA-da bildiriblər.

61 yaşlı Sunita Uilyams və 58 yaşlı Barri (Butç) Uilmor "SpaceX”in rəqibi "Boeing”in Starliner kosmik gəmisinin sıradan çıxması səbəbindən planlaşdırılan 8 gün əvəzinə iki aydır Beynəlxalq Kosmik Stansiyasındadırlar (BKC). Bu, "Boeing”in ekipajlı uçuşu həyata keçirmək üçün ilk cəhdi idi. Şirkət kosmik gəmini NASA-nın sifarişi ilə hazırlayıb və bunun üçün 1,6 milyard dollar xərcləyib.

Starliner yalnız üçüncü cəhddən kosmosa buraxılıb. BKS-yə qoşulma zamanı kosmos kapsulunun hərəkət sistemində problemlər yaranıb, manevr üçün istifadə olunan cihazda nasazlıq aşkarlanıb. 

Ümumilikdə Uilyams və Uilmor orbitdə 8 ay qalmalı olacaqlar. Xoşbəxtlikdən, BKS-də kifayət qədər qida və su ehtiyatı var. NASA bildirib ki, astronavtlar elmi işlə məşğul olmağı planlaşdırırlar və geri qayıdış planları ilə razılaşıblar. Onlar qeyd ediblər ki, astronavtlar sınaq uçuşunun risklərini dərk ediblər və bundan əvvəl də kosmosda olublar.




Seçilən
186
30
news24.az

10Mənbələr