AZ

Putinin Əliyevə təcili zənginin PƏRDƏARXASI

Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən 10 gün keçir. Bu gün Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Liderlərin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə etdiyi bildirilir. Telefon danışığı zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat açılması ilə bağlı fikir mübadiləsi də aparılıb.Maraqlıdır, Putin nəyə tələsir? Onu narahat edən hansı məqam var ki, Əliyevlə tez-tez əlaqə yaradır?Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Putinin Azərbaycana səfərindən qısa müddət sonra Prezident İlham Əliyevlə telefon danışığı aparması rəsmi Moskvanın narahatlığından xəbər verir: Sayt yaratmaq“Rusiyanın bu addımları Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdan Moskvaya qarşı hər hansı cəbhənin açılması qorxusu ilə bağlıdır. Rusiya bu narahatlığını açıq şəkildə bəyan edir. Qərb ölkələri tərəfindən yeni texnikalarla silahlandırılan Ukrayna Rusiya ərazilərinə hücum edir. Bu, müharibənin başlamasından bəri reallaşan ən ciddi addımlardandır. Yəni döyüşlərin bir hissəsi artıq Rusiya ərazisində keçirilir. Bunu görən Moskva perspektivdə başına gələcək hadisələrlə bağlı narahatlığını gizlədə bilmir”.Politoloqun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycan üçün aktual olan məsələ Bakı-İrəvan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanması və münaqişə səhifəsinin tam formada bağlanmasıdır:“Rusiya da prosesdə bu və ya digər formada iştirak etmək istəyir. Rusiya Cənubi Qafqazda Ermənistan vasitəsilə təmsil olunur. Mövqeyi İrəvandakı hərbi bazalar, sərhəd qoşunlarıdır. Rusiya Qərbin Ermənistanda güclənməsi fonunda bu üstünlüklərindən məhrum olacağını görür. Ona görə də belə addımlar atır.Azərbaycan 44 günlük müharibədən sonra “3+3” formatını təklif edib. Bu formatla bağlı Rusiya Azərbaycan, Ermənistan və digər region ölkələri ilə təmas qurmalıdır. Lakin hazırda buna mane olmaq, formatı pozmağa çalışan qüvvələr də var. Ermənistan yalnız Azərbaycana deyil, digər region ölkələrinə qarşı da silahlandırılır. Ona görə də bu prosesə qarşı həmin ölkələr mövqe ortaya qoymalıdırlar. Rusiya da bundan narahatdır və ona görə sərt yanaşma nümayiş etdirməlidir”.

Seçilən
56
3
anaxeber.info

4Mənbələr