AZ

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Avqustun 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.  Bu barədə Daxili İşlər Nazrliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 2,5 kiloqrama yaxını heroin, 62,7 kiloqrama yaxını marixuana, 1,2 kiloqrama yaxını tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu, 14 preqabalin və 20 ədəd tramadol həbi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
turan.az

10Mənbələr