AZ

Diqqət! Bu küçələrdə yeni velosiped zolaqları çəkiləcək

Yeni velosiped zolaqları: Qaydalar və faydalar
 
“Dünyanın Bakı kimi müasir şəhərlərini təhlil etdikdə, orada mobillik vəziyyətini (əhalinin bir yerdən başqa yerə getmələrini) incəliyəndə görürüki, belə bir sxem var. Məsələn, əhali mobilliyin təmin olunmasında ən öndə gələni, mükəmməli ictimai nəqliyyatdır. Daha sonra artıq  digər üsullar gəlir. Digər üsullarda isə əhalinin piyada mobilliyi xüsusi yer tutur”. 
 
Bunu Moderator.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov danışıb. 
 
Ekspert icarə məntəqələrindən əlavə vətəndaşların şəxsi velosipedlərinin olması ilə bağlı da tədbir görülməli olduğunu qeyd edib:  
 
“Düzdü piyada mobillik məskunlaşmada, işyerlərinin, yaşayış yerlərinin, təhsil ocaqlarının, səhiyyə müəssisələrinin, əyləncə yerlərinin yerləşməsində çox yüksək dəqiqlik istəyir. Elə yerləşsin ki, insanlara heç nəqliyyat ehtiyac olmasın. Amma indi piyada mobilliyini nəzərə almaqla,sırlamada belədir: Birinci yerdə həmişə ictimai nəqliyyat gəlir. Daha sonra hansı şəhərdəki, mikromobillikdən istifadə olunur, yəni mikromobilik vasitəsilə əhali mobiliyinin təmin olunması yüksəkdir, o şəhərlər gözəl sayılır. Mikromobilliyin də birinci yerdə gələni velosipeddir ondan sonra isə skuterdir, yəni kiçik elektrik nəqliyyat vasitələri. Bunlardan nə qədər çox istifadə olunsa, deməli o şəhərdə mobilik mühiti, nəqliyyat infrastrukturu, insanların yaşamağının nəqliyyatla bağlı tərəfləri komfortludur. Ona görə də, Bakıda da həmin o şəhərlər kimi, mikromobilliyə diqqət yetirmək çox vacibdir. Hansı şəhər də fərdi avtomobillərdən istifadə səviyyəsi çoxdu və insanlar buna  məcburdular orada deməli mobilik, tıxac problemləri var və yol hərəkəti-təhlükəsizliyi bərbad vəziyyətdə olur.
 
 
Həmin yerlərdə nəqliyyat ətraf mühiti həm tullantı qazları ilə, həm də səs-küy ilə daha çox çirkləndirir. Bu səbəbdən də mikromobilliyin inkişafına çox geniş diqqət yetirilir. 
 
Mikromobilliyin də inkişafı bir neçə istiqaməti var və həmin istiqamətlər üzrə tədbirlər görülür. Bunlardan biri velosipedlər üçün infrastrukturun olmasıdır, yəni velosiped yolları və zolağlarının hazırlanmasıdır. İkincisi əhalinin istifadəsin olacaq velosiped parkının olmasıdır. 
 
Üçüncüsü isə əhalinin velosipedi rahat istifadə etməkdən çəkinməməsidir. Yəni bunu psixoloji olaraq da populyarlaşdırmaq lazımdır. Dördüncü və çox vacib istiqamətlərindən biri də digər hərəkət iştrakçılarının, xüsusən də avtomobil sürücülərinin velosipedlərlə yanaşı təhlükəsiz hərəkətdir. 
Bu dörd istiqamətdə işlər görülməlidir. 
 
İcarə üçün olan velosipedlər gəldikdə isə bunlardan istifadə üçün müxtəlif variantlar var. Variantlardan biri odur ki, velosipedi icarəyə götürdüyün yerə də qaytarırsan. Başqa bir variantı velosipedi götürdüyün yerə qaytarmırsan, olduğun istiqamətdə də qoyub gedə bilirsən. Ən əlverişli olan variant sonuncu qeyd etdiyimdir. Amma bunun üçün şəbəkə daha geniş, velosiped icarə məntəqələri daha çox, əlaqələndirmə isə daha güclü olmalıdır. Düşünürəm ki, bunlar tədricən baş verəcək. İndiki vəziyyətdə demək olmaz ki, böyük maraq var. Amma hələki, marağın ibtidai səviyyədə  formalaşması mərhələsindədir. 
 
Onu da qeyd edim ki, dünyada velosipeddən yüksək səviyyədə istifadə olunduğu üçün şəhərlərdə yaşayış məntəqələrində velosipedlər çox zaman icarə, yox elə insanların özünün olur. Bizdə də elə bunun üçün də işlər görülməlidir. İcarə məntəqələrinin olmağı çox gözəl, amma məhz bu istiqamətdə də həvəsləndirici işlər görülməlidir. İnsanların yaşadıqları binaların qarşısında velosipedlər üçün parklanma yerləri və onlara texniki qulluq nöqtələri olsun. Hazırkı vəziyyətdə maraq ibtidai formalaşma səviyyəsindədir. 
 
Velosiped zolaqlarının təhlükəsizliyi üçün iki məqam var. Birinci məqam odur ki, bu hal yeni olduğu üçün şəhəri yaxşı şəkildə inspeksiya etmək lazımdır ki, bunların tətbiqi nə dərəcədə təhlükəsizdir, xüsusən isə yol ayrıclarında. Düşünürəm ki, bununla bağlı hələ də suallar var. İkinci məqam odur ki, digər hərəkət iştrakçılarının, xüsusən də velosiped və avtomobillərin paralel hərəkətində nə var. Bununla bağlı çox işlər görülməlidir. Əsas işlər odur ki, velosiped sürənlər özləri qaydaları yüksək səviyyədə öyrənməlidirlər. Elementar yol hərəkət qaydalarına, nişanlara ciddi şəkildə riyayət etməlidirlər. İkinci digər məsələ isə avtomobil sürücüləri də bu hala öyrəşməli və qəbul etməlidirlər ki, velosiped də nəqliyyatdır və onunla paralel hərəkət edir. Bu səbəbdən velosipedin də yol hərəkəti qaydalarına uyğun olaraq hərəkətinə şərait yaratmaq lazımdır, ona mane olmaq yolverilməzdir. Bu istiqamətlərdə işlər həyata keçirilsə tədricən yeni keyfiyyətdə işlər görmək olar.”
 
Vüsalə İbrahimli
Moderator.az
Seçilən
141
50
moderator.az

10Mənbələr