AZ

Abort etdirənləri 4000 manata qədər cərimə gözləyir – DİQQƏT

Qadınları aborta məcbur edənlərə qarşı cərimələr tətbiq ediləcək.

Rusiyanın Omsk vilayətinin rəsmiləri bildirib ki, qanun layihəsi artıq hazırlanıb və hökumətin rəsmi saytında dərc olunub.

Bununla da, Omsk vilayətinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

Qanun layihəsində deyilir ki, “hamiləliyin süni şəkildə dayandırılması Omsk vilayətində ailə, ata, ana və uşaq üçün təhlükə kimi tanınır”.

Vətəndaşlar üçün cərimələr 50 manatdan  100 manata qədər, vəzifəli şəxslər üçün – 400 manatdan 1000 manata qədər, hüquqi şəxslər üçün isə 1800 manatdan 4000 manata qədər olacaq.

Seçilən
31
2
yenicag.az

3Mənbələr