AZ

“Niasitol”un insan üzərində istifadəsi... - AQTA

“Niasitol” orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizəsində istifadə olunur: “Preparatın hazırlanması, eləcə də istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. “Niasitol” preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir”. Qeyd edək ki, AQTA “Niasitol”u 2021-ci ildə baytarlıq preparatı kimi dövlət qeydiyyatına alıb.

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
56
7
buta.tv

8Mənbələr