AZ

Putin Monqolustanda həbs ediləcək? - ŞOK

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Monqolustana səfər edəcək. 

 

Modern.az-ın məlumatına görə, Putinin bu ölkədə həbsi müzakirə olunur.

 

Belə ki, Monqolustan Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yuridiksiyasını qəbul edən ölkələrdən biridir. 

 

BCM xəbərdarlıq edib ki, Monqolustan hakimiyyəti öz öhdəliklərinə uyğun olaraq Putini ölkəyə səfəri zamanı həbs etməlidir.

 

BCM-nin sözçüsü Fadi əl-Abdallah BBC-yə deyib ki, məhkəmə Monqolustan da daxil olmaqla üzv dövlətlərə qərarları icra etməkdə etibar edir.

 

Onun sözlərinə görə, Monqolustanın da BCM-nin digər üzvləri kimi “məhkəmə ilə əməkdaşlıq öhdəliyi” var. 

 

Çərşənbə axşamı gününə planlaşdırılan səfər Putinin 2023-cü ilin martında məhkəmənin həbs qərarı verdikdən sonra BCM-nin Roma Əsasnaməsini imzalayan ölkəyə ilk səfəri olacaq.

 

Ukrayna hakimiyyəti Monqolustanı səfəri zamanı Putini həbs edərək Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə çağırıb.

 

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml səfərdən narahat deyil və səfərin bütün detalları “diqqətlə hazırlanıb”.

Seçilən
169
38
modern.az

10Mənbələr