AZ

“İrəvan hesab edirsə ki, Rusiyasız Bakı ilə danışmaq alınacaq, buyursunlar” — LAVROV

“Əgər Ermənistan hakimiyyəti Qarabağdakı böhranın həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman “Allah xatirinə, buyursun”.

Demokrat.azTASS-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Lavrov MQİMO-nun müəllim və tələbələri qarşısında çıxış edərkən deyib.

“Eləcə də biz 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın bir neçə sammitində bağlanmış üçtərəfli sazişlərin də öz yerində saymasından narahatıq. Mən nəqliyyat əlaqələrinin bərpasını, bununla məşğul olan üçtərəfli komissiyanı da qeyd etdim. Lakin o komissiya artıq praktiki olaraq görüşmür. Yerevan hesab edir ki, bunu birbaşa Azərbaycanla etmək lazımdır. Əgər bu onlarda alınacaqsa, Allah xatirinə, buyursunlar”, – Rusiya diplomatiyasının rəhbəri bildirib.

Lavrov həmçinin qeyd edib ki, dövlət sərhədinin delimitasiyası məsələsi ilə bağlı Rusiya iştirakçılar arasında məsləhətləşmə aparmalıdır, lakin bu baş vermir. “Xeyr! Bunu istəmirlər. Eyni zamanda mütəmadi olaraq Qərbi, ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə və onları istənilən proseslərə himayədarlıq etməyə cəlb etməyə çalışırlar. Bu, onların seçimidir. Lakin onlar ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdırlar. Başqa yol yoxdur”, – Rusiya XİN rəhbəri əlavə edib.

Seçilən
129
50
demokrat.az

10Mənbələr