FKSB-in İdarə Heyətinin sədri Mihai Stoika Avropa Liqasının əsas mərhələsindəki rəqibləri haqda danışarkən “Qarabağ”la bağlı da danışıb.
Sportinfo.az xəbər verir ki, “sportbull.ro” portalına danışan Rumıniya klubununrəsmisi Ağdam təmsilçisi haqda bunları deyib:
"Nə “Qarabağ”, nə də “Hoffenhaym” ürəyimcədir. İstəməzdim ki, “Midtyulland” da bizə rəqib olsun.
Amma ən son istədiyim alman klubunun rəqib çıxması idi".
"Qarabağ" - FKSB oyunu gələn il yanvarın 23-də baş tutacaq. Tofiq Bəhramov adına stadionda keçiriləcək görüş saat 21:45-də başlayacaq.