Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Bodo Qlimt" Norveç çempionatında 21-ci turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Stromsqodset"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Ounda yeganə qolun matçın 52-ci dəqiqəsində Sondre Fet vurub.
"Bodo Qlimt" hazırda 47 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Vikinq"i 10 xal qabaqlayır.
"Qarabağ" "Bodo Qlimt"lə noyabrın 7-də səfərdə qarşılaşacaq.