AZ

Beyin üçün təhlükəli qidalar hansılardır?

Tibb elmləri doktoru, Rusiya Biotexnoloji Universitetinin farmakologiya və əczaçılıq kurslu terapiya kafedrasının professoru Vladimir Popov insult riskini artıra bilən qidaları sadalayıb.Mediaxeberleri.Az Gazeta.ru-ya istinadən bildirir ki, o, gizli duz və şəkər tərkibli məhsulların xüsusilə təhlükəli olduğunu deyib."Duz arterial təzyiqi artırır, şəkər və doymuş yağlar isə xroniki iltihabı və aterosklerozu təşviq edir. Buna görə də şirinləşdirilmiş qazlı içkilər, tortlar, piroqlar, hazır desertlər, mayonez, ketçup və müxtəlif salat souları, eləcə də ağ çörək və paketlənmiş şirələrin istehlakını məhdudlaşdırmaq tövsiyə olunur. Bu məhsulların tez-tez istifadəsi insult riskini əhəmiyyətli dərəcədə artırır", - deyə Popov qeyd edib.Bundan əlavə, mütəxəssis çox miqdarda əlavə duz, şəkər, trans yağlar, emulqatorlar, qatılaşdırıcılar və süni dadverici tərkibli yarımfabrikatlardan və fastfuddan çəkinməyi məsləhət görür. Bu cür məhsullara çipslər, qurudulmuş çörəklər, hazır səhər yeməkləri, qızardılmış kartof, hamburgerlər, dondurulmuş pizzalar və konservlər daxildir.

Seçilən
124
13
mediaxeberleri.az

10Mənbələr