AZ

Rusiya üçün yeni təhlükə: Böyük şəhəri bu ölkənin hədəfindədir

Çinin Rusiya Federasiyasına hücum etməsi üçün indiki kimi heç vaxt daha yaxşı zaman ola bilməz. Hazırda Rusiyanın Vladivostok şəhərini yalnız “iki kişi və bir it” qoruya bilər.

Publika.az xəbər verir ki, bu fikri jurnalist Corc Ellison “The Telegraph” üçün yazdığı məqalədə bildirib.

O hesab edir ki, Çin üçün Rusiya ərazisinin böyük hissəsini ələ keçirmək Tayvanı işğal etməkdən daha asandır. Ellisonun sözlərinə görə, Moskvanın güclü cavabına ümid etmək çətindir, çünki onun qoşunlarının əksəriyyəti Ukraynadadır.

Genişmiqyaslı müharibədən əvvəl Rusiya ordusunda 4780-ə yaxın artilleriya qurğusu, 2060 tank və 7080 piyada döyüş maşını var idi. Eyni zamanda, ÇXR-in 3000-dən çox özüyeriyən və 900 yedəkli silahı, 4700 döyüş və 1250 yüngül tankı, 1200 hücum silahı, 8000-dən çox piyada döyüş maşını və 3600 zirehli transportyoru var.

Bundan əlavə, Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarının sayı təxminən 965 000, Rusiyanın isə təqribən 550 000 əsgəri dünyanı təşvişə salacaq sürətlə təkbaşına döyüş gəmiləri istehsal edir. Ellison yeni J-20 qırıcısını Çin və Rusiya arasındakı texnoloji uçurumun simvolu adlandırır.

Bundan əlavə, Çin Xalq Azadlıq ordusunun quru qoşunları təxminən 965 000, ruslar isə 550 000 əsgərdən ibarətdir. Pekin dünyanı təşvişə salacaq sürətlə təkbaşına döyüş gəmiləri istehsal edir. Allison Yeni J-20 qırıcısını Çin və Rusiya arasındakı texnoloji uçurumun simvolu adlandırır.

“Çin, ehtimal ki, arxasında güclü ABŞ olan Tayvana mürəkkəb hava-dəniz istilasına hələ hazır deyil. Lakin onun Rusiyaya quru hücumu həyata keçirməkdə heç bir real çətinliyi olmayacaq”, - jurnalist qeyd edir.

Seçilən
141
1
publika.az

10Mənbələr