86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Ulusal.az xəbər verir ki, bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
“Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq”.