AZ

Ukrayna hakimiyyəti müharibə nəticəsində ölənlərin sayını gizlədir – ABŞ-ın keçmiş prezidenti Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada müharibə nəticəsində ölənlərin sayının Ukrayna hakimiyyətinin rəsmi elan etdiyindən xeyli çox olduğunu deyib.

O, bu barədə amerikalı tədqiqatçı və müsahib Leks Fridmanın sentyabrın 3-də X sosial şəbəkəsində dərc olunmuş podkastında bildirib. Trampın sözlərinə görə, Ukraynada ölənlərin sayı insanların düşündüyündən də çox ola bilər və bunu xüsusilə dağıntıların miqyası sübut edir. “Onlar [ölənlərin] sayı ilə bağlı yalan danışırlar. Bunun az olduğunu deməyə çalışırlar.

Ukraynada böyük bir bina dağılanda deyirlər ki, bir nəfər yüngül xəsarət alıb. Xeyr, xeyir, orada çox insanlar həlak olub. Elə binalar var ki, orada heç kimi qurtlma şansı yoxdur”, – siyasətçi bildirib. Tramp əlavə edib ki, Ukraynadakı müharibəyə mümkün qədər tez son qoyulmalıdır və əgər o, ABŞ-dakı seçkilərdə qalib gələrsə Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin razılığa gələcəyinə “zəmanət verir”.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
21
editor.az

10Mənbələr