Ukraynanın Kiyev, Xarkov və Donetsk vilayətlərində meşə yanğını baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Kiyevdəki yanğının kiçik miqyaslı olduğunu, Xarkovda 2 nəfərin yaralandığını, 200 nəfərin təxliyə edildiyini, Donetskdə hava hücumu nəticəsində yanğının böyüdüyünü bildirib.
Ukrayna Fövqəladə Hallar Nazirliyinin meşə yanğınları ilə bağlı verdiyi açıqlamada deyilib: "Kiyev, Donetsk və Xarkov vilayətlərində meşə yanğınları söndürülür".
Ukrayna Fövqəladə Hallar Nazirliyinin sözçüsü Oleksandr Xorunjiinin Ukrayna Media Mərkəzində verdiyi brifinqdə bildirilib ki, Kiyev vilayətində baş verən yanğınlar nəticəsində havanın çirklənməsi olmayacaq".
Donetsk vilayətində hava hücumu nəticəsində yaranan genişmiqyaslı meşə yanğınının aradan qaldırılması üçün işlər 4 gündür davam edir. Yanğın təxminən 5 min hektar ərazini əhatə edib. 46 təsərrüfat ərazisindəki tikililərə, 8 avtomobilə ziyan dəyib, 3 nəfər təxliyə edilib. Xarkov vilayətinin Donetsk vilayətindən Studenok kəndinə yayılan yanğın nəticəsində 1500 hektardan çox meşə sahəsinə ziyan dəyib. Bir xilasedici də daxil olmaqla iki nəfər xəsarət alıb. Yanğın 236 təsərrüfatdan ibarət ərazidəki tikililəri məhv edib. 200-dən çox insan təxliyə edilib.