AZ

Rusiya Ukrayna vasitəsilə qaz tranzitindən imtina etmir – Putin

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin perspektivləri Kiyevə maliyyə və hərbi yardıma yönəlmiş avropalı alıcılardan asılıdır.

Rusiya Prezidenti Vladimir Putin bu fikri Şərq İqtisadi Forumunun plenar iclasında səsləndirib.

“Qazprom”un Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair li müqaviləsi 2024-cü ildə başa çatır və Kiyev onu yeniləmək istəmədiyini bəyan edib.

“Ukraynaya gəlincə, biz bu tranzitdən imtina etmirik, çünki biz və “Qazprom” şirkəti uzunmüddətli müqavilələrimiz olan müştərilərimiz qarşısında bütün öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik. Müddəti bu il dekabrın 31-də başa çatan tranzit müqaviləsi var, amma Ukrayna bu tranzitdən imtina edərsə, biz onları məcbur edə bilmərik”, – deyə Rusiya prezidenti bildirib.
Seçilən
144
50
banker.az

10Mənbələr