Fransada sol blokun ən böyük partiyası olan “Əyilməz Fransa” (LFI), eləcə də Sosialist Partiyası (PS) və Kommunist Partiyası (PCF) ölkənin yeni baş naziri Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcək. Fins.az xəbər verir ki, bunu LFI deputatı Erik Kokrel BFMTV telekanalının efirində deyib.
“Biz etimadsızlıq votumu irəli sürəcəyik və düşünürəm ki, “Yeni Xalq Cəbhəsi”ndən olan tərəfdaşlarımız da bunu edəcəklər”, - deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 5-də, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.
Kaira Agayeva
Fins.az