AZ

"Nissan" 14 il sonra "Patrol" modelini yenilədi - FOTOLAR

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" yeni "Patrol" modelini təqdim edib.

Hit.az xəbər verir ki, şirkət 14 il sonra sözügedən modelin yenilənmiş versiyasını istehsal edib.

"Nissan Patrol" modeli ilk dəfə V6 atmosfer mühərriki ilə təchiz olunub. Avtomobilin mühərrik həcmi isə 3,5 litrdir. Bəzi bazarlarda isə 3,8 litrlik V6 mühərrikli versiya da satışa çıxarılacaq. Yeni "Patrol" 316 at gücünə sahibdir. 

Sözügedən avtomobil ilkin olaraq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrdə satılacaq. Satışlar isə 1 noyabrdan etibarən başlayacaq. 

Pərviz

Seçilən
141
50
hit.az

10Mənbələr