Türkiyə valyuta birjalarında dollar və avro yenidən lirə qarşısında bahalaşıb.
“Cebheinfo.az” xəbər verir ki, dollar 0.31 faiz bahalaşaraq 34.04 lirəyə yüksəlib. Avronun məzənnəsində isə 0.20 faiz artım qeydə alınıb. Hazırda 1 avro 37.89 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.