AZ

ABŞ Rusiyanın maye qazın satışı üzrə əsas layihəsinə qarşı yeni sanksiyalar tətbiq edir

Cümə axşamı  ABŞ Rusiyanın Arctic LNG 2 layihəsilə əlaqəli olan iki gəmiyə və iki təşkilata yeni sanksiyaları elan edib. Məqsəd Arktikadan Rusiya maye qazının ixracının qarşısını almaqdır,  Turan-ın Vaşinqton müxbiri bildirib.

"Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsinə cavab olaraq ABŞ Rusiyanın müharibə səylərini dəstəkləyənlərə və onun qlobal enerji təsirini genişləndirməyə çalışanlara əlavə sanksiyalar tətbiq edir", - Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

Bu, neft və neft məhsullarının daşınmasında istifadə edilən tankerə bənzər təbii qaz tankerlərinin kölgə donanmasını inkişaf etdirən Kremlə daha bir zərbədir. Belə ki, “Mulan”  və “New Energy” ABŞ-ın sanksiya siyahısına əlavə edilib. Bir neçə həftə əvvəl sanksiyalara 7 digər gəmi daxil edilib.  Dövlət Departamentinin məlumatına görə, Hindistanın Gotik Shipping Co. və Plio Energy Cargo Shipping Opc şirkətləri də sanksiyaya məruz qalıblar.

"ABŞ hökuməti sanksiyalaşdırılmış Arctic LNG 2  layihəsinin istismara verilməsi və ya başqa yolla Rusiyanın enerji imkanlarının genişləndirilməsi cəhdlərinə çevik reaksiya verməyə davam edəcək. G7 tərəfdaşlarımız və digər müttəfiqlərimizlə birlikdə çalışaraq Rusiyanın öz enerji resurslarından siyasi məqsədlər üçün istifadə etməsinə qətiyyətlə qarşı çıxacağıq", -  Miller deyib.

Seçilən
52
50
turan.az

10Mənbələr