Rusiya Ukraynadakı münaqişənin həllinin İstanbul prinsiplərinə qayıtmağa hazır olardı, lakin artıq yeni reallıqlar əsasında.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumu çərçivəsində RBC-yə müsahibəsində deyib.
O, 2022-ci ildə danışıqların necə getdiyini xatırladıb:
“Nümayəndə heyətləri Belarusda və İstanbulda bir neçə dəfə görüşdülər və ukraynalıların “gətirdikləri” prinsipləri razılaşdırdılar.
Həmin prinsiplər bu gün də aktualdır. Prezident Putin dəfələrlə deyib ki, əgər danışıqlar aparmaq istəyirlərsə, heç olmasa Zelenski onu qadağan edən fərmanı ləğv etsin”.
Lavrov İstanbul prinsiplərinin Ukraynanın NATO-ya qoşulmayacağına, bloklara qoşulmama statusunun qorunub saxlanmasına zəmanət verdiyini xatırladıb və Ukraynanın özünü rahat hiss etməsi üçün təhlükəsizlik təminatlarını təsvir edib.
“İstənilən halda biz həmin prinsiplərə qayıtmağa hazırıq, lakin təbii ki, yeni reallıqları nəzərə alaraq”, - Lavrov vurğulayıb.