Bakının bir sıra yollarında tıxac yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Zərifə Əliyeva küçəsində;
4. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində;
10. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
11. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
14. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
15. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
16. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
17. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
18. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.