ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr üçün Bakıya gəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Biz ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prayoru səmimiyyətlə salamlayırıq. O, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib", - deyə diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirib.
“ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prioru salamlamaqdan məmnunuq.” Səfir… pic.twitter.com/eFUhgKnhJn
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 6, 2024