Xolesterin qan dövranında iki növə bölünən mumlu bir maddədir. Yüksək LDL səviyyələri damarlarda lövhə yığılmasına və infarkt riskini artıra bilər. Xolesterol səviyyəsini ölçmək üçün qan testi etmək vacibdir.
Azreform.info axşam.az-a istinadən xəbər verir ki, qanda xolesterolu azaltmaq üçün qida rasionuna diqqət etmək vacibdir. Pis xolesterolu azaltmağa kömək edən bəzi qidalar isə aşağıdakılardır:
Özünüzü mükafatlandırmaq istədiyiniz zaman seçə biləcəyiniz möhtəşəm qəlyanaltı olan tünd şokolad, tərkibindəki yüksək miqdarda flavonoidlər sayəsində digər şokoladlardan daha sağlam bir seçimdir. 2017-ci ildə aparılan bir araşdırma göstərdi ki, ən azı 75 faiz kakao olan tünd şokoladın müntəzəm istehlakı zamanla qan lipidlərini yaxşılaşdıra bilər.
Məlum olanlara görə, bitki mənşəli birləşmə olan polifenolların ürək-damar xəstəliklərindən qoruduğu bilinir. Bu birləşmə çiyələkdə çox olur. Buna görə də çiyələkdən müntəzəm istifadənin infarkt riskini azaldacağına inanılır.
Balanslaşdırılmış pəhrizin vacib hissəsi olan bamya yalnız həll olunan liflə ürək sağlamlığını dəstəkləmir, həm də yaxşı iltihabla mübarizə aparan polifenolların mənbəyidir.
Məlumdur ki, bişmiş kartof əslində banandan daha çox kalium ehtiva edir. Balanslı və müntəzəm kartof istehlakı qan təzyiqini aşağı salmaqla həm ürək xəstəliklərinin, həm də insultun qarşısını ala bilər.
Bol miqdarda A və C vitaminləri ilə yanaşı kalium da ehtiva edən pomidor xolesterinin ən böyük düşmənlərindən biri pomidor hesab olunur.