AZ

“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi...”- Politoloq faktı açıqladı  

 

“Tehran Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən narazı qalsa da, buna görə Kremllə əməkdaşlığa xələl gətirməyəcək”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İran Rusiyaya pilotsuz uçuş aparatları satmaqla yanaşı qonşusuna ballistik raketlər verməyə hazırlaşır. İran Rusiya ilə birgə hərbi təlimlərdən də imtina etməyəcək.

Siyasi analitik Asif Nərimanlı da Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib. O deyib ki, Ermənistan Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsini beynəlxalq özəl şirkətə verilməsinin istisna edilmədiyini gündəmə gətirib.

“Özəl şirkətin missiyası Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılacağı təqdirdə, Azərbaycandan gedən sərnişinlər və daşınan yükləri müşayiət etmək ola bilər. Kommunikasiyanın açılmasında Ermənistanın “suverenlik tələbini” dəstəkləyən Qərb anlayır ki, Azərbaycanın maneəsiz keçid istəyi nəzərə alınmasa, bölgədəki planlarının icrası mümkün olmayacaq.  Kommunikasiyanın İrəvan və Bakının razılaşacağı variantla açılmasına nail olmağa çalışır.  Azərbaycanın Naxçıvana çıxışı üçün “yaşıl dəhliz” yaradır, üçüncü tərəflər isə bu yoldan Ermənistanın yoxlaması ilə istifadə edir.  Təhlükəsizliyin özəl şirkətə həvalə edilməsi Ermənistanın “suverenlik prinsipi”nin qorunduğu, bu ölkə ərazisində üçüncü ölkənin qüvvələrinin iştirak etmədiyi görüntüsünü yaratmaq məqsədi daşıyır. Və bu ssenari ilə Rusiyanı bölgədə sıxışdırırlar. İrəvanın “özəl şirkət”lə bağlı açıqlamasının Rusiyanın kommunikasiyanın açılması, ümumilikdə Bakı-İrəvan sülh danışıqlarında təşəbbüsü ələ almaq istiqamətində aktivləşdiyi vaxt gündəmə gəlməsi təsadüfi deyil”.

 

Afaq Mirayiq,

Musavat.com

Seçilən
128
50
musavat.com

10Mənbələr