AZ

Ukraynanın xarici işlər naziri Blinken və Hakan Fidanla danışdı

Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Nazir bildirib ki, sentyabrın 6-da ABŞ dövlət katibi ilə yaxşı telefon danışığı olub və ölkələr arasında strateji tərəfdaşlıq təsdiqlənib.

“Biz hərbi yardımın sürətləndirilməsi, sülh formulasının təşviqi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi yollarını müzakirə etdik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Sibiqa həmçinin Blinkenə xalqların ortaq dəyərlərini qorumaq üçün yaxından işləməyi səbirsizliklə gözlədiyini söyləyib.

Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidan ilə “Ukrayna ilə Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsi, sülh formulasının həyata keçirilməsi və Qara dəniz regionunda təhlükəsizlik” mövzularını müzakirə edib.

Seçilən
167
50
modern.az

10Mənbələr