"Ford" şirkəti şəxsi avtomobillərdə reklam yayımlamağa imkan verən texnologiya üçün patent ərizəsi verib. Bunun üçün elektronika, sözün əsl mənasında sürücü və sərnişinlərin söhbətlərini dinləyəcək, onları təhlil edəcək, həmçinin axtarış sorğularını və naviqasiya marşrutlarını nəzərə alacaq.
News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə auto.ru-ya məlumat verib.
Yaxın gələcəkdə reklam avtomobilin salonuna da gələ bilər. O həm vizual (multimedia ekranında göstərilmə), həm də akustik (audio sistem dinamiklərindən yayımlanma) ola bilər. Və çox güman ki, ondan imtina etmək üçün ayrıca ödəniş etmək lazım olacaq.
Toplanmış məlumat təkcə reklamın mövzusu üçün deyil, başqa məqsədlər üçün də nəzərə alınacaq. Məsələn, əgər sürücü və sərnişinlər söhbət edirlərsə, sistem onların söhbətini kəsməyəcək. Lakin salonda sakitlik hökm sürərsə, onu reklam dolduracaq.