AZ

Ağstafada ər-arvad faciəvi şəkildə vəfat etdi

Ağstafada bədbəxt hadisə baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
32
bizim.media

10Mənbələr