AZ

Maduronun seçkidəki əsas rəqibi Venesueladan qaçdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Venesuelanın müxalif Birləşmiş Platformasından prezidentliyə keçmiş namizəd Edmundo Qonzales ölkədən qaçaraq İspaniyadan sığınacaq alıb.
Oxu.az xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes "Telegram" kanalında məlumat yayıb.
Venesuela Nəzarət Məhkəməsi ifadə verməyə çağırıldığı zaman məhkəməyə gəlməyən Qonzalesin həbsinə order verib. Qurum rəsmi məlumatlarla eyni vaxtda müxalifətin öz seçki nəticələrini dərc etməsini, həmçinin zorakılığa çağırış hallarını araşdırır.
Xatırladaq ki, iyulun 28-də respublikada prezident seçkisi keçirilib. Rəsmi nəticələrə görə, hazırkı prezident Nikolas Maduro 51 faiz, müxalifət lideri Qonzales isə 43 faiz səs toplayıb. Maduronun rəqibləri seçkinin nəticələrini tanımayıb, Qonzalesi qalib elan edib, bundan sonra bütün Venesuelanı iğtişaşlar dalğası bürüyüb.
Seçilən
150
50
oxu.az

10Mənbələr