AZ

"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN

"Termit qarışığı bitkiləri məhv edir, metalı yandırır, silah lüləsini sıradan çıxarır, insanları şikəst edir..."
 
Ukrayna əsgərləri yerə "termit qarışığı" buraxan "əjdaha-dronlar" adlanan yeni pilotsuz uçuş aparatından istifadə etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat verib.
 
Bu termit qarışığı Selsi üzrə 2300-2700 dərəcədə yanan xüsusi tərkibdir. Termit qarışığı yüksək hərarət tələb edilən istehsalat və elm sahəsində tətbiq edilir. Bu materialdan hərbçilər də yan keçə bilməyib.
 
Termit qarışığı bitkiləri məhv edir, metalı yandırır, silah lüləsini sıradan çıxarır, insanlarl şikəst edir.
 
CNN jurnalistləri ukraynalı hərbçilərin dərc etdiyi kardrlara diqqət çəkib. Bu kadrlarda dronların meşə zolağı üzərinə termit qarışığı buraxdığı, bundan sonra yanğın başladığı əks olunub. Bu proses əjdahanın ağzından çıxan alovu xatırladır, buna görə də PUA-lar "əjdaha-dronlar" adlandırılıb.
 
Jurnalistlər belə taktikanın səmərəliliyi ilə maraqlanıb. Onlar hazırda hərbi analitik olan Britaniya ordusunun sabiq zabiti Nikolas Drammoda müraciət edib
 
Drammod hesab edir ki, "əjdaha-dronlar"ın tətbiqi ilk növbədə psixoloji effekt yaradır. O, termit qarışığını "iyrənc zarafat" adlandırıb və qeyd edib ki, dronla onun çatdırılması "kifayət qədər innovasiyadır".
 
"Belə üsulla tətbiq edilərkən, böyük ehtimalla, fiziki effektdən daha çox psixoloji effekt olacaq", - o, hesab edir.
 
Jurnalistlər qeyd edir ki, Ukrayna rusiyalı hərbi qulluqçulara qarşı termit qarışığı olan dronlardan ilk dəfə deyil ki, istifadə edir. Bundan öncə bu materialın köməyilə, görünür, artıq vurulmuş və ya atılmış tankları sıradan çıxarıb. Termit qarışıq açıq lyuklara tökülüb və döyüş maşınının içərisində hər şeyi yandırıb.
 
Beynəlxalq hüquqa görə, termit qarışıqdan hərbi əməliyyatlarda istifadə edilməsi qadağan olunmayıb. Lakin bu  material insan orqanizmi üçün dəhşətli nəticələrə səbəb olduğundan ondan mülki məqsədlərlə tətbiq etməyə icazə verilmir.
 
Termit qarışığı insan bədənini, hətta sümüklərini yandıra bilər. Belə yanıqların müalicəsi aylarla davam edə və gündəlik qulluq tələb edə bilər. Əgər bu sulahın qurbanı sağ qalarsa, o zaman nəzərəçarpacaq çapıqlar qalır.
Seçilən
168
50
moderator.az

10Mənbələr