AZ

Ukrayna bu ölkədəki səfirini geri çağırdı, digərlərinə XƏBƏRDARLIQ ETDİ

Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ukraynanın "strana.ua" nəşrinin Teleqram kanalında yer alıb.

Sibiqa səfirin çağırılmasının səbəbini "müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam başa düşməməsi" ilə izah edib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna səfirlərini və konsullarını "proaktiv mövqe" tutmağa və mərkəzdən göstəriş gözləməməyə çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
128
50
milli.az

10Mənbələr