İsrailin Suriya ərazisinə raket zərbəsi endirməsi nəticəsində İranın bu ölkədəki obyektləri. o cümlədən İranın raket istehsalı bazası vurula bilər.
Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” yazıb.
“Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplar tərəfindən baza kimi istifadə edildiyi güman edilir. Son illərdə o, dəfələrlə İsrailə aid edilən hücumların hədəfinə çevrilib”, - məqalədə deyilir.
Tədqiqat və İnkişaf Mərkəzi burada yerləşir. İsrail hakimiyyətinin məlumatına görə, İran qüvvələri ondan "yer-yer" tipli dəqiq raketlər istehsal etmək üçün istifadə edir.
Sentyabrın 9-na keçən gecə “Əl-Cəzirə” telekanalı bildirib ki, İDF təyyarələri gecə saatlarında Suriyanın mərkəzi rayonlarına ən azı 15 hava hücumu həyata keçirib – İsrail ordusu Livan və Aralıq dənizinin hava məkanından istifadə edib.
QAZİLER.AZ