AZ

Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Facebook hesabında yazıb.

O, bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.

Yeni nazir Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib.

Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.

Bizim.Media

Seçilən
138
30
bizim.media

10Mənbələr