AZ

Yeni nazir Gürcüstandakı diplomatı geri çağırdı – Müavinini işdən azad etdi

Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarışını geri çağırmaq qərarına gəlib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, həmçinin nazir müavini İrina Borovetsin vəzifəsindən azad edilməsi barədə vəsatət təqdim edib.

Sibiqa qərarını Ukraynanın səfirləri və baş konsulları ilə görüşdən sonra verib.

"Nazir müharibə aparan dövlətin diplomatiyasının reallıqlarını tam səhv başa düşdüyünə görə müvəqqəti işlər vəkilinin Gürcüstana uzunmüddətli ezamiyyətini dayandırmaq qərarına gəlib”, – məlumatda bildirilir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
9
azpolitika.info

10Mənbələr