AZ

İsrailin Suriyaya hava hücumları təşkil etdiyi iddia edilib

İsrail döyüş təyyarələrinin Suriyanın Həma və Tartus əyalətlərində bir çox hərbi bölgəyə 15 hava hücumu təşkil etdiyi iddia edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Həma vilayətinin Misyaf bölgəsindəki Hərbi Elmi Araşdırma Mərkəzi və Tarsusda İranın dəstəklədiyi qruplara aid hərbi məntəqələrə 15 hava hücumu təşkil etdiyini iddia edib.

Suriya xəbər agentliyi "SANA" da hava hücumundan müdafiə sistemlərinin hücumlara cavab verdiyini açıqlayıb. İddialarla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Seçilən
127
3
sia.az

10Mənbələr