AZ

Ukrayna XİN Gürcüstandakı müvəqqəti işlər vəkilini geri çağırdı


Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.
Yeniavaz.com
“Strana.ua” nəşrinə istinadla xəbər verir ki, oradakı səfirliyin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edib.
Sibiqa bu addımın səbəbini Gürcüstandakı səfirliyinin rəhbərinin müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam dərk etməməsi ilə izah edib.
Nazir həmçinin Ukrayna səfirlərini və konsullarını mərkəzdən göstəriş gözləməməyə və aktiv mövqe tutmağa çağırıb.
Qeyd edək ki, son vaxtlar hakim “Gürcü arzusu” partiyasının nümayəndələri bir neçə dəfə Ukrayna əleyhinə bəyanatlar veriblər. Belə ki, ölkənin baş naziri və partiyanın sədri İrakli Kobaxidze Kiyevi səfirinin Tbilisidən geri çağırılması ilə bağlı qeyri-dost qərara yenidən baxmağa çağırıb. Bundan əlavə, “Gürcü arzusu” Qərbin, Ukraynanın və gürcü müxalifətinin Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləmək niyyətində olduğunu iddia edib, həmçinin Ukrayna Silahlı Qüvvələrinin tərəfində Ukraynada döyüşmüş respublika vətəndaşlarının iştirakı ilə dövlət çevrilişinin hazırlandığını irəli sürüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
13
yeniavaz.com

10Mənbələr