AZ

Avtomobil hissələri bazarında xaos: Saxta mallar həyatınızı məhv edə bilər - ŞOK FAKTLAR

"Uzun illərdir ölkənin əmtəə bazarında saxta, standartlara uygun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatlar və şıkayətlər gəlir. Hətta bu günlərdə istehlakçılar tərəfindən saxta avtomobil hissəsinin nümunəsi də ofisimizə gətirilib".



Bunu Bakupost.az -a “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum məsələ ilə bağlı araşdırma aparıb. AİİB sədrinin sözlərinə görə, “işbazlar” hökumətin sahibkarlar üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edirlər:

"Yalnız avtomobil hissələri deyil, digər növ saxta mal satanlar özləri də deyirlər ki, "bu əsl maldır, qiyməti bahadır, bu isə saxta maldır, qiyməti ucuzdur". Bütün sektorlarda satış şəbəkəsində mal və məhsulların böyük əksəriyyətinin, ümumiyyətlə, heç bir mənşə sənədləri yoxdur. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 saylı qərarının “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır".

E.Hüseynov bildirib ki, AİİB “Hundai” avtomobillərinin saxta hissələrinə dair araşdırma aparıb:

"Təsadüfi deyil ki, bu marka avtomobilləri istehsal edən Çənubi Koreya şırkətinin mütəxəssisləri Azərbaycanda saxta “Hundai” avtomobil hissələrinin satışından narahatlığını bıldırərək, avqustun 23-də bu işlərə nəzarət etməyə cavabdeh dövlət orqanlarının işçilərinə saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə treninqlər keciblər.

Lakin vəziyyət düzəlməyib. Saxta avtomobil hissələri əmtəə bazarına daxil olmaqda davam edir. Bu sektorda istehlakçıların hüququnun pozulması heç bir dövlət qurumu tərəfindən araşdırılmır. Araşdırılsa da, nəticələr gizli saxlanılır. Paradoksal və təəccüblü haldır ki, ”Hundai” avtomobillərini və hissələrini uzun illərdir satan, eksklüziv distrübüter olan “Avto Azərbaycan” MMC şirkəti bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe tutur. Bu da bir sıra suallar doğurur. Hətta araşdırmalar göstərir ki, “Avto Azərbaycan” MMC-ni “Hundai” markali avtomobil hissələrilə təmin edən Koreyanın “MOBİS” şırkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycanda Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırıb. Rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır? Onda Əqli Mülkiyyət Agentliyi nəyə lazımdır? Nə ücün əlaqəli işləmirlər?!"

AİİB-n araşdırmalarına görə, bazarda“Hundai “avtomobil hissələrinin aşağıda adları qeyd olunan hissələrinin saxta variantları mövcuddur:

1.Əyləc qəlibləri, 2 .Yanacaq filterləri, 3.Yağ filteri, 4.Hava filterləri, 5. Mühərrik qayışı, 6. Hidravlik tarımlayıcı, 7.Sükan lenti, 8.Yağ karteri, 9.Yağ nasosu, 10.Salniklər, 11.Porşenlər, 12.Val, 13.Vanus(valın boyunluğu), 14.Mühərrik təmir dəsti, 15. Mühərrik yastığı, 16.Muftalar, 17. Alışqan şamları, 18. Əyləc diski, 19. Amartizatorlar, 20. Sürgü qolları, 21.Porşen üzlüyü, 22. Zəncir dəsti və s.




E.Hüseynov qeyd edib ki, adı çəkilən saxta avtomobil hissələri avtomobil istehlakçıları (sürücülər) üçün həyati təhlükə və maddi itki deməkdir:

"Onların hər birinin avtomobilin tam sıradan çıxması üçün özünəməxsus təsirləri vardır. Məsələn, AİİB-in ofisində olan saxta yağ filterini tərəziyə qoyduqda orjinaldan yüngül gəlir. Həmin filterin daxilində olan klapan orjinaldan fərqli olaraq, hündürder. Bu isə avtomobılin xəbərdarlıq informasiya panelinə doğru olmayan informasiyanı ötürməklə mühərrikin tam sıradan çıxmasına səbəb olur! Saxta filterdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da filterın qalıqları saxlamasına şərait yaratmır və s. Və ya saxta termostatı götürək. Lazımi temperatur reimində klapan uyğun funksıyanı yerinə yetirmir, məlumat panelinə doğru informasıya ötürülmür, saxta şamlar, yanma rejiminin pozulması avtomobilin mühərrikinin sıradan çıxmasına, saxta əylənc yastıqları, diskin sıradan çıxması və təhlükələrə səbəb olur. Üstəlik, Babək prospektində yerləşən “Korea avtomobil hissələri” (Köhnə adı Fovarit) dükanında (077 502 22 33; 050 400 34 50; 050 400 34 60) alınıb AİİB-in ofisinə gətirilmiş bu saxta hissələr - yağ filteri -7 AZN, termostat - 20 AZN üçün ödəniş müqabilində verilən maliyyə sənədi də saxtadir. BElə ki, bu, rəsmi kassa çeki deyil. Bu hal Babək prospektii, Maşın bazarı Avto Mall, sira1, mərtəbə 1, mağaza 26-dan (077 315 09 01) 6 AZN-ə filter satılmış dükanda da təkrar olunur. Yəni saxta ”maliyyə” sənədi verilir. Əksər saxta mal satışı yerlərində istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta”QAimə Fakturanı”da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” qaloqramından istifadə olunur, filterlərin isə acıq tərəfi xüsusi dizaynlı örtüklə örtülür. Saxta filterlər orjinaldan fərqli olaraq, nisbətən böyük, tünd rəngli karton qutuya qablaşdırılmışdır. Vizual olaraq termostatlarda da bu kimi fərqi hiss etmək olar".

AİİB-in araşdırmaları göstərir ki,kommersiya qurumları və liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxslər müxtəlif ölkələrdən - Çin, BƏƏ, Türkiyə, Koreya, Rusiyadan "Hundai" markalı avtomobillərə məxsus müxtəlif növdə saxta hissələri idxal edirlər:

"Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən, Bakı şəhəri, Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzi, “Koreya avtomobil hissələri” (Köhnə adı Fovarit) və həmin prospektdə yerləşən çoxsaylı mağazalardır. Ümumiyyətlə, saxta avtohissələr ölkənin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazarda bu sahədə olan xaos haqsız rəqabət mühiti yaradır, istehlakçıların hüququnun pozulması və onların aldadılması ilə müşayiət olunur.

Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi, xidmətdən istifadə etmiş istehlakçı, ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, sonuncu dəfə harada, hansı usta tərəfindən avtomobilin təmir edilməsinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı hüququ və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hundai”saxta hissələrinin mal dövriyyəsi ildətəqribən 2 000 000 manatdan yüksəkdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi saxta və ya keyfiyyətsiz malların idxal edilməsi ilə bağlıdır. Orda deyilir ki, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Tək “Hundai” avtomobil hissələrinin deyil ,digər markalı avtomobil hissələrinin saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır. Bəs, nə ücün müsadirə edilmir. Niyə dövlətin qanunlarına əməl olunmur?!"

Qeyd edək ki, AİİB araşdırmanın nəticələri barədə Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərib.

Zaur
BakuPost
Seçilən
106
7
bakupost.az

10Mənbələr