AZ

ABŞ İranı təhdid etdi

ABŞ və müttəfiqləri Ukraynada xüsusi əməliyyat çərçivəsində Tehranın Rusiya ilə əməkdaşlığına görə İrana qarşı ciddi tədbirlər görməyə hazırdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel İranın ballistik raketlərin Rusiya Federasiyasına təhvil verməsini şərh edərkən deyib.

O, Vaşinqtonun bu cür xəbərləri narahatlıqla qarşıladığını bildirib:

“İranın Rusiyaya hər hansı ballistik raket təhvil verməsi İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini kəskin şəkildə artıracaq".

ABŞ rəsmisi hansı addımlar atılacağını şərh etməyib.

Seçilən
109
39
bakivaxti.az

10Mənbələr