Polşanın paytaxtı Varşava şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa" komandası Vətənə dönüb.
"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, "Birbaşa" finalda Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.