Hazırda “Alanyaspor”un şərəfini qoruyan 32 yaşlı təcrübəli forvard “Fanatik” nəşrinə maraqlı açıqlamalar verib. Almaniyada doğulan, futbola orda başlayan və hətta 2020/21-də “Darmştadt”ın heyətində 27 qolla 2-ci bundesliqanın bombardiri olan Sərdar “sarı-lacivərdlilər”in sabiq məşqçisi Jorje Jezuşdan gileylənib:
“Almaniyada doğulub böyümüşəm. Uzun illər orda yaşamışam. Üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Türkiyə macəramda məni ən çox inkişaf etdirən və mənə ən çox şans verən İsmayıl Kartal oldu. Onun sayəsində Türkiyədə tanındım. Fərdi Kadıoğlu da mənim kimi ilk vaxtlar az şans qazanan oyunçulardan idi. Vitor Pereyra gələnə qədər ona heç kim güvənmirdi. Amma 2021-dən sonra üzərində işləməyə və sürətlə inkişaf etməyə başladı.
O, “Brayton”a getmədən öncə həyat yoldaşımla Fərdinin hansı kluba yollanacağı ilə bağlı bir siyahı hazırladıq. Mən o siyahıda “Brayton”u birinci sıraya yazdım. Sonradan “Brayton”un almaniyalı baş məşqçisi Fabian Hürtseler zəng vuraraq məndən Fərdi ilə bağlı məlumat topladı. Bununla bağlı Fərdiyə zəng vurarkən “bəli, onların məni istədiklərini bilirəm” dedi. 2-ci bundesliqada bombardir olduğum mövsümdən sonra “Unon”a transfer olunmaq üzrə idim. Hava limanına yola çıxmışdım. Həmin an Əli Koç zəng vurdu və məni Türkiyəyə gəlməyə razı saldı. Əli Koç çox düzgün bir “Fənərbaxça”lıdı. Klubu üçün hər şey etməyə hazır olan bir insandı. Biz anlaşdıqdan sonra bu transferin bir müddət gizli qalmasını istədi. Mən də razı oldum. Çünki həmin yayın ilk transferi idim. Koçla özəl münasibətlərimiz var. Açığı, bu yay “Fənər”dən ayrılmağı planlaşdırmırdım. Seçkilərdən sonra idman direktoru Mario Branko ilə söhbətimiz oldu. Həm rəhbərliyin, həm də Mourinyonun mənim komandada qalmağımı istədiyini dedi. Sonra mənə bir təklif göndərdilər. Şərtlərin bir qədər dəyişdirilməsini istədim və uzun müddət onlardan cavab gözlədim. Sonra hücuma başqa oyunçuların transfer edildiyini gördüm. Lap əvvəldən mənə “planlarımıza daxil deyilsən” desəydilər, başqa məsələ. Amma əvvəlcə başqa söz deyib sonra da məni gözlətdirdilər. Bu yaşananlara çox üzüldüm. “Fənər”də tam olaraq istədiyim qədər şans qazandığımı düşünmürəm. Semih Şəntürkdən sonra komandada bu qədər qol vuran yerli futbolçu olmamışdı. İlk mövsümümdə 15 qol vurdum və İsmayıl Kartal qalsaydı, növbəti mövsüm 20 qol vurardım. Amma Jorje Jezuş gəldi və bir andaca 5-ci hücumçuya çevrildim. “Fatih Karagümrük”ə yollanmadan öncə “Beşiktaş”dan təklif aldım. Amma beynimdə şübhələr var idi. Bir böyük klubdan digərinə keçmək riskli addım kimi göründü. Həm də istədiyim qədər şans qazanıb-qazanmayacağımı bilmirdim. Ona görə də “Fatih Karagümrük”ə üstünlük verdim. Arda Gülərin ilk dəfə start heyətində meydana çıxdığı oyunu gözəl xatırlayıram. Evdə “Hatayspor”a qarşı oynayırdıq. Çox həyəcanlı görünürdü. Onunla söhbətdə oyundan öncəki gecə yatmadığını dedi. Ona sakit olmağı məsləhət gördüm. Arda çox çalışqan və özünə güvənən futbolçudu. Bir epizodda Arda cərimə zərbəsini vurmaq istədi. Amma həmin cərimə zərbəsi sağ ayaqlı oyunçuya daha uyğun olduğu üçün mən vurdum. “Alanyaspor”a transferim bir andaca baş tutdu. İlk vaxtlar çətinlik çəkdim. Çünki 2-3 həftə komandadan ayrı keçirməli oldum. Hazırlıq dönəmində iştirak edə bilmədim. Fərdi məşqçi tutmalı oldum. Fatih Təkkənin də özünəməxsus tərzi var. Ona da alışmalı oldum. Jezuş ümumiyyətlə, bu ölkəyə niyə gəldi? Kaş ki, gəlməyəydi! O gəlməsəydi əminəm ki, karyeram fərqli məcrada davam edəcəkdi. Həm məhsuldarlığım artacaq, həm də yığmaya daimi dəvət alacaqdım. Mən özüm də bəzi səhvlərə yol verdim. Amma həvəsdən düşmürəm. Üzərimdə çalışmaqda davam edirəm. Hədəfim Türkiyə yığması ilə dünya çempionatında iştirak etməkdi”.