AZ

Türkiyə mətbuatı, 11 sentyabr 2024

 

“Sabah”: Ərdoğan “İrəliləyən yeganə ölkə Türkiyədir” dedi

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiya qərargahında keçirilən Geniş Tərkibli Rayon Sədrləri Toplantısındakı çıxışında “Ciddi böhranların yaşandığı coğrafiyada yerləşən Türkiyə birlik və həmrəyliyini qoruyub saxlayan, iqtisadiyyat, turizm, müdafiə sənayesi, xarici siyasət, ticarət və təhlükəsizlik sahələrində irəliləyiş əldə edən yeganə ölkədir” deyə bildirib.

“Hürriyet”: Nazir Fidan mövqeyini sərt bildirdi

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan 13 ildən sonra ilk dəfə iştirak etdiyi Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının açılış iclasında deyib: “Türkiyə İsrailə ticarət məhdudiyyəti qoyub. İsrail atəşkəsi qəbul etməyənə və Qəzzaya humanitar yardımların maneəsiz çıxışını təmin olunmayana qədər biz İsraillə ticarətə başlamayacağıq”.

“Star”: Türkiyədən Ərəb Dövlətləri Liqası ölkələrinə mühüm neft-təbii qaz təklifi

  Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ərəb ölkələri ilə İnkişaf Yolu Layihəsi, təbii qaz, neft və mədənlərlə bağlı əməkdaşlıq və konkret layihələr inkişaf etdirməyi planlaşdırdıqlarını söyləyib.

“Vatan”: Məşğulluq nisbəti  8,8 faiz oldu

  Türkiyədə işsizlərin sayı 2024-cü ilin iyul ayında bir əvvəlki ayla müqayisədə 112 min nəfər azalaraq 3 milyon 167 minə çatıb. İşsizlik səviyyəsi 0,4 bənd azalaraq 8,8 faiz təşkil edib.

“Haber Türk”: “Fitch”dən Türkiyə qiymətləndirməsi

  Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings”in Baş direktoru və Türkiyə analitiki Erix Arispe Morales (Erich Arispe Morales) Türkiyədə sərt valyuta siyasəti mövqeyinin davam etdiriləcəyinə yüksək əminlik olduğunu bildirib.



Seçilən
113
50
trt.net.tr

10Mənbələr