AZ

Narsist insan kimə deyilir?

Bu gün sosial mediada narsist insanlar haqqında tez-tez məlumatlara rast gəlirik. 

Maraqlıdır, narsist insanlar kimdir? Onlar hansı davranışları ilə narsist sayılır? 

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, narsistik şəxsiyyət pozğunluğu çox əhəmiyyətli, üstün və bənzərsiz olma hissi, bəyənilmək ehtiyacı və empatiya qura bilməmə ilə müəyyən edilir:

“Narsistik şəxsiyyət pozğunluğu müxtəlif sahələrdə mənfi təsir göstərə bilən bir xəstəlikdir. Narsistik şəxsiyyət pozğunluğu olan insanlar özlərini vacib hesab edirlər və özlərini önə çəkirlər. Buna görə də, bir çox hallarda, başqalarının dediklərinə və ya etdiklərinə əhəmiyyət verməməyə meylli ola bilərlər. Narsisist insanlar öz imicini çox yüksək görürlər. Buna görə də başqalarının onlara həmişə heyran olduğunu ifadə edir”.

Psixoloq narsist insanla dost, sevgili, yoldaş olanlara bir çox tövsiyyə də verdi: 

"Narsist bir insanla olmaq, dostluq etmək və ya onunla işləmək hər adamın qəbul edəcəyi, dözə biləcəyi bir iş deyil. Bu tip insanlarla əlaqədə olan şəxs ilk növbədə səbrli olmalı, onları mütəxəssisə yönləndirməlidir”.

Sevinc

Seçilən
119
31
hit.az

10Mənbələr