Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında təxminən 2,6 milyard ABŞ dolları profisit yaranıb.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkənin ehtiyat aktivləri 648 milyon ABŞ dolları artıb.