AZ

Amerikada polis yoldaşının xəyanətini belə tutdu

ABŞ-nin Texas ştatında yol polisi gözlənilməz hadisə ilə qarşılaşıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatının Hyuston şəhərində bir yol polisi yoxlanış zamanı sürət həddini keçdiyinə görə avtomobili saxlayıb.

Lakin avtomobil saxladıqdan sonra düşənlər arasında həyat yoldaşını və tanımadığı kişini görən polis şoka düşüb.

Polis əvvəlcə gördükləri qarşısında donub, daha sonra peşəkarlığını qorumağa və vəziyyəti nəzarətə götürməyə çalışıb. Lakin hadisənin emosional gərginliyi səbəbindən ehtiyat dəstə çağırılıb.

Hyuston polis rəisi həmin polisə psixoloji dəstəyin göstəriləcəyini bildirib.

Hadisə polis məmurlarının şəxsi həyatı ilə peşə məsuliyyətləri arasındakı incə balansı bir daha gündəmə gətirib.

Zərifə Nağıyeva 

Seçilən
148
50
unikal.az

10Mənbələr