Yeni mövsümdə Azərbaycan Basketbol Liqasında debüt edəcək MOİK daha bir oyunçunu heyətinə cəlb edib.
Sportinfo.az xəbər verir ki, “hərbçilər” ABŞ-dan olan İsayya Poupu sıralarına qatıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Komanda daha əvvəl ukraynalı Vladimir Markovetski və amerikalı Qriffin Rammenin keçidini rəsmiləşdirib.