Türkiyənin Ərzincan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə vilayətin Refahiye rayonunda qeydə alınıb.
Məlumata görə, zəlzələ ocağı 9,48 km dərinlikdə yerləşib.
Təbii fəlakətin təsirləri barədə hələ ki məlumat yoxdur.
Müəllif: Teleqraf.com