AZ

Amerikalı diplomat: Harris Ukrayna məsələsində Baydendən daha aqressiv olacaq...

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçiləcəyi təqdirdə, Ağ Evin hazırkı rəhbəri Co Baydenə nisbətən Ukraynanı dəstəkləməkdə bir az daha aqressiv ola bilər...

Poliqon xəbər verir ki, bu fikri Kiyevdəki Amerika Universitetində media ilə söhbəti zamanı ABŞ-ın 2006-2009-cu illərdə Ukraynadakı səfiri olmuş Uilyam Teylor deyib.

"Vitse-prezident Kamala Harris Ukraynanı və "Qələbəyə qədər Ukraynanın yanında ol" mövqeyini dəstəkləyir. O, istəsə, Ukraynanı daha da gücləndirmək imkanı əldə edəcək. Və əminəm ki, Harris prezident Baydendən bir az daha aqressiv olacaq", deyə diplomat bildirib.

Teylor qeyd edib ki, prezident Bayden HIMARS MLRS-nin Ukraynaya təhvil verilməsi, "Abrams" tankları, F16 təyyarələri və ya sərhəd boyu Rusiya ərazisinə zərbələr endirmək kimi qərarlar verməkdə ləng olsa da, həmişə düzgün qərar verib.

"Düzgün qərar verəcəyinizə inanıram. Və Harris bunu dəstəkləyir. O, artıq bəzi məsələlərdə hətta prezident Baydendən də bir az daha aqressiv olacağına işarə edib", deyə səfir izah edib.

Diplomat əlavə edib ki, Demokratlar Partiyasının namizədi prezident seçilərsə, həm də yeni dövlət katibi və milli təhlükəsizlik müşaviri gətirəcək:

"Onun Ukraynanı daha çox dəstəkləyən insanları cəlb etmək imkanı var. Əminəm ki, onlar daha çox dəstək olacaqlar".

Poliqon.info

Seçilən
64
50
poliqon.info

10Mənbələr